Rusiya İsraili təxribata təhrik etməmək üçün İrandan Suriyadakı bazalarını çıxarmağı tələb edib

2022-09-02 16:48:00

Rusiya İsraili təxribata təhrik etməmək üçün İrandan Suriyadakı bazalarını çıxarmağı tələb edib

Rusiya bölgədə İsrailə aid edilən silsilə zərbələrə görə Mərkəzi və Qərbi Suriyadakı İran hərbi bazalarının ləğvini tələb edib.
Londonda ərəbdilli nəşr olan “Əl-Şərq əl-Avsat”ın məlumatına görə, Rusiyanın tələbi Həma vilayətində üç yüksək rütbəli Rusiya ordusunun zabiti və onların iranlı həmkarlarının iştirakı ilə keçirilən toplantıda səsləndirilib.
Nəşr qeyd edir ki, Rusiya nümayəndələri İran bazalarının boşaldılması tələbini əsas gətirərək, xüsusilə Suriya ordusunun 49-cu alayının yerləşdiyi yerin yaxınlığında belələrinin olmasının onu təhlükə altına saldığını bildiriblər.
Qəzet həmçinin yazır ki, ruslar Suriyanın ikinci ən böyük liman şəhəri Tartusun cənubunda İrana məxsus daha bir hərbi obyektin ləğvini tələb ediblər.
Qəzet onu da qeyd edir ki, İran yuxarıdakı qurğulardan silahların, o cümlədən qısa mənzilli raketlərin istehsalı və inkişafı üçün istifadə edib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059896