“Rusiya işi şansa buraxmayacaq”

2021-11-26 16:35:00

“Rusiya işi şansa buraxmayacaq”

Hurriyyet.az Moderator.az-a istinadən xəbər verir ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi atteşesi, ehtiyatda olan general-mayor Yücel Karauz bu gün Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə İlham Əliyevlə Paşinyan arasında baş tutacaq tarixi görüşü şərh edib:

Onun sözlərinə görə, 44 günülk Vətən müharibəsi nəticəsində Ermənistan tarixdə heç bir dövlətin yaşamadığı qədər böyük məğlubiyyətə uğradı:

"Ordusu hardasa yox oldu. Xalqın, dövlətin, ordunun birliyi böyük zərər gördü və 10 noyabrda təslim olma razılaşmasını imzalamaq məcburiyyətində qaldı. Onların təslim olmaqdan başqa şansı yox idi. Əgər müharibə davam etsəydi, Emənistan dövləti bütünlüklə təhlükəyə girəcəkdi.  Paşinyanı iddiya gətirən Rusiyaya rəğmən Qərbin, xüsusən də Fransanın, oradakı erməni diasporası, eynilə də  ABŞ-dakı erməni diasporası məsələni Rusiyanın gündəmindən çıxartmaq iddiasında idi. Onlar 100 ildir yaratdıqları qondarma dövlət olan Ermənistanı “maşa” kimi istifadə  etmək məqsədi ilə Paşinyanı iqtidara gətirdilər. Paşinyanın ağlına belə gəlməzdi ki, Azərbaycanla  savaşda ağır bir məğlubiyyətə uğrayar. Müharibənin ilk günlərində Qərbin müdaxilə edəcəyini planlaşdırsa da fəqət ən qısa müddətdə Azərbaycan zəfər qazandı, Ermənistan isə təslim olması ilə bağlı müqavilə imzaladı.  Bu müqaviləyə isə Rusiya nəzarət edirdi. Azərbaycanın  haqq və hüquq  davasında əldə etdiyi zəfər Qərbin  bəzi qüvvələrin mənfəətlərinə təsir etdi. Qərbə qarşı Paşinyan pis  vəziyyətdə qaldı. Bunun üçün hər fürsətdə terror fəaliyyəti ilə Rusiyanın bağımlılığında 3 tərəfli sözləşmədən imtina etməyə çalışaraq Qərbə qarşı borcunu ödəmək vəziyyətində qaldı. Ermənistanın verdiyi sözlər Zəngəzur dəhlizinin açılması, bölgənin  silahsızlandırılması, Azərbaycanın torpaq bütövlüyü və hüquq çərçivəsində  çözülməli mövzuları da  bir il  zaman qazanaraq ertələndi. 

Noyabrın 16-da isə yalanla, böhtanla Azərbaycana qara yaxmağa çalışaraq daha bir terror aktı həyata keçirdilər, amma bu dəfə də əlinə- züünə bulaşdırdılar. Rusiyaya müraciət edərək “gəlin müdaxilə edin, əgər siz etməsəniz, başqa müttəfiqlər axtarmaq məcburiyyətində qalacağıq”-deyə mesaj göndərdilər.

 16  noyabrda edilən terror hadisəsi planlı idi. Həmin gecə Avropa Komissiyasının rəhbəri İlham Əliyev və Paşinyanla əlaqə saxladı. Görüşün keçirilməsi və mövzuların müzakirəsi təklif edildi.  Qərb məsələsini  çözməmək və MİNSK qrupunu dirilmtək, Azərbaycana güzəştə getməmək üçün Brüssel görüşünü təşkil etdi. Hər zaman olduğu kimi, Paşinyanın ikiüzlü siyasətinin bir nəticəsi olaraq Rusiya buna müdaxilə etmək məcburiyyətində qalaraq iki lideri Soçidə baş-başa görüşməyə dəvət etdi. Mən burada Rusiyanın ağırlığını qoyaraq Paşinyana imzasına sadiq qalması  istiqamətində təzyiq uyğulayacağını və 10 noyabr anlaşmasının yerinə gətirilməsini dəyərləndirirəm.  Rusiya işi şansa buraxmayacaq. Qərbin birbaşa müdaxiləsini və Ermənistanın Qərbə müraciətinə razılıq verməyəcək.   Azərbaycan  haqq səsini ifadə etməli provokasiyalara getməməli, haqdan aldığı güclə qalib dövlət kimi hərəkət etməyə davam etməlidir.  Nəticədə  Rusiya Paşinyanın ikiüzlü siysətini görmüş, məsələyə müdaxilə etmişdir və  daha sərt addımlar atmasının vacib olduğunu anlaşmışdır. Hər halda, bu görüşdə haqq və hüquqdan yana qazanan Azərbaycan olacaqdır”.