Rusiya işğalçı üzünü Moldovaya çevirir

Ukraynada başladığı müharibəni bitirməyən Moskva indi də üzünü Moldovaya döndərir və gözünü bu ölkəyə çevirir. Belə ki, Rusiya Kişinyov hava limanını ələ keçirməyi və orada öz ordusunu yerləşdirməyi planlaşdırır.
Bu barədə "RBC-Ukrayna" Moldovanın baş naziri Dorin Reçanın bəyanatına istinadən xəbər verir.
"Bir neçə destabilizasiya ssenarisi var. Onlara bir neçə element daxildir, o cümlədən Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərini sitat gətirərkən qeyd etdikləriniz", deyə Moldova baş naziri açıqlayıb.
Bundan əvvəl Zelenski rusların Moldova rəhbərliyini zorla dəyişməyi çoxdan planlaşdırdığını bildirib. Lakin Moldova və Rusiya Federasiyasının ümumi sərhədi yoxdur və onlar öz hərbi kontingentini yalnız Kişinyov hava limanına köçürə bilərdilər.
Onun sözlərinə görə, Moldova hakimiyyəti bu cür çağırışlarla üzləşməyə hazırdır. O vurğulayıb ki, məqsədi ölkədə əmin-amanlığı və sabitliyi təmin etməkdir.
"Moldova Dnestryanı münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır və biz özümüzün sülh və təhlükəsizlik məqsədlərimizi razılaşdırmalıyıq", deyə Reçan bildirib.
Xatırladaq ki, Moldovanın yeni baş naziri Dorin Reçan Dnestryanı bölgənin demilitarizasiyası, eləcə də bütün Rusiya hərbçilərinin oradan çıxarılması zərurətindən danışıb.
Bu yaxınlarda Ukrayna kəşfiyyatı Rusiya Federasiyasının Moldovada siyasi sabitliyi pozmaq planına müdaxilə edib.
Bundan sonra prezident Maya Sandu bildirib ki, Rusiya hərbi təlim keçmiş insanların köməyi və müxalifətin etirazları ilə ölkədə hakimiyyəti dəyişmək istəyir.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya