Rusiya işğal etdiyi əraziləri qeyri-rəsmi "özünə birləşdirəcək"-əlbəttə xüsusi xahiş ilə...

2022-05-11 17:59:00

Rusiya işğal etdiyi əraziləri qeyri-rəsmi

Rus işğalçıları Ukraynanın Xerson vilayətinin işğal olunmuş ərazilərində qondarma separatçı "Xalq Cümhuriyyəti" yaradılmasına dair referendum keçirilməsini təxirə saldılar. Lakin bu, heç də o demək deyil ki, onlar işğal olunmuş Ukrayna ərazilərini azad etmək niyyətindədirlər. Əksinə, daha “demokratiya oyunu oynamamaq”, sadəcə  heç bir rəsmiyyət olmadan işğal olunmuş torpaqları ilhaq etmək qərarına gəldilər.
Artıq bir neçə həftədir ki, rus mediası və sosial şəbəkələri Çar Rusiyasının “Tavriçeskaya quberniyasını” xatırlamağa başlayıb və bu təsadüfi deyil. Məlum olduğu kimi haqqında söhbət gedən quberniyaya həm Krımı, həm də indiki Xerson vilayətinin ərazisini daxil olub. Və açıqca qeyd olunur ki, heç bir “xalq respublikaları” yaratmadan, hətta ayrıca inzibati statusa malik olmayan Xerson vilayətini də artıq işğal olunmuş Krıma birləşdirməklə bu rayonu “bərpa etmək” yaxşı olardı. Bu qəbildən açıq çıxışı mayın 9-da Xersonda işğalçıların həmkarı və himayədarı, sözdə "Hərbi-Mülki Administrasiyanın sədr müavini" Kirill Stremousov bildirib ki, Xerson vilayəti birbaşa Rusiyanın tərkibinə daxil olmaq niyyətindədir və əvvəlcədən planlaşdırdıqları kimi "Xerson müstəqil respublika"nın yaradılması ilə bağlı "referendum" keçirmək niyyətində deyil.
Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik bildirib ki, Rusiyanın işğalçı hakimiyyəti bu bölgələrin birbaşa Rusiyaya birləşdirilməsinə hazırlıq məqsədilə işğal olunmuş ərazilərdə kəşfiyyat fəaliyyətini gücləndirir və nəzarət-buraxılış məntəqələrinin və patrulların sayını artırır. Motuzyanik qeyd edib ki, Rusiyanın “təbliğat” qrupları işğal olunmuş rayonlara ilhaq hazırlığında təbliğat işini gücləndirmək üçün gəlir.
Görünən odur ki, daha “referendum” və qondarma şəkildə formallıq olmayacaq. Bunu işğal olunmuş Sxinvali bölgəsində "prezident seçkiləri" də göstərdi. Burada “Cənubi Osetiyanın “Rusiyaya birləşməsi” üçün hər cür təbliğat aparan Anatoli Bibilov bu cür “referendum”a qarşı çıxan Alan Qaqloyevə uduzdu. Ancaq işğalçıların yeni kuklaya ehtiyacı qalmayacaq. Lazım gələrsə, Sxinvali bölgəsi heç bir referendum keçirilmədən ilhaq ediləcək.
Şübhəsiz ki, bu gün ilhaq Ukraynanın Xerson bölgəsini, işğal altında olan Tsxinvalini deyil, həm də Abxaziyanı təhdid edir. Separatçıların nəsli kəsilməkdə olan abxaz etnosunun təmsil edən abxaz etnokratiyasından ibarət yerli separatçı rejim artıq nə Kremlə, nə də erməni lobbisinə sərf eləmir.
Erməni millətçiləri çoxdan həm Abxaziyanı, həm də qonşu Krasnodar diyarının Qara dəniz sahillərini “Dənizyanı Ermənistan” kimi bir şey hesab edirdilər. İşğal olunmuş Abxaziyada rəsmi hakimiyyətə sahib olan və Rusiya büdcəsindən qidalanmağa “vadar olan” abxaz separatçıları artıq onlara lazım deyillər. Üstəlik, “qədim xalqın” nümayəndələri büdcə vəsaitlərini bilavasitə “məniməyə” bilirdilər. Çox güman ki, oğurluq edən və özləri haqqında çox yüksək fikirdə olan separatçı marionetlər çox güman ki, işğal olunmuş Abxaziyanın birbaşa Krasnodar diyarına birləşdirilməsi ilə məhv ediləcək. Üstəlik, belə planlar çoxdan var idi. Onları hələ Vladimir Jirinovski səsləndirmişdi.
Ukraynanın Xerson vilayətinin birbaşa ilhaqı və lüzumsuz “mərasimlər” və “referendumlar” olmadan ilhaq edilmiş Krıma inzibati yolla birləşdirilməsi kimi separatçı Suxumi rejiminə də böyük ehtimalla son qoyulacaq. “Müstəqil” Abxaziyanın əvəzinə sadəcə olaraq Krasnodar diyarının Suxumski rayonu olacaq.
İlhaqdan narazı olanlar isə sadəcə olaraq Rusiya Federasiyasının şərq vilayətlərinə deportasiya olunurlar. Bu gün olduğu kimi... Çünki Rusiyanın işğalı altında olan Ukrayna rayonlarından əhalinin “evakuasiya” adı altında deportasiyası həyata keçirilir. Üstəlik, Rusiya seçkilərində Suxumi və Sxinvali separatçıları artıq Rusiyanın Transbaykaliyasının seçki dairələrinə “təyin edilmişdilər”.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya