Rusiya İrana texniki baxışa göndərdiyi təyyarəni geri ala bilmir

Hurriyyet.az xəbər verir ki, Rusiyanın “Aeroflot” aviaşirkətinin təmir üçün İrana göndərdiyi “Airbus A330” təyyarəsinin geri qaytarılması yubanır. Təyyarənin planlaşdırılan vaxtdan yarım il sonra qaytarılacağı vəd edilib.
“Avianews.com” saytının məlumatına görə, təyyarə C-check adlanan tam texniki xidmət üçün 2023-cü il aprelin 5-də Tehrana aparılıb. Adətən bir neçə ildən bir təyyarələr bu cür texniki xidmətdən keçir. Təyyarə planlaşdırıldığı kimi, 2023-cü ilin sentyabrında qaytarılmayacaq. Həmin tarix 2024-cü ilin martına keçirilib.
“Aeroflot”un baş direktoru Sergey Aleksandrovski bu yaxınlarda verdiyi açıqlamada İran tərəfinin işləri yubatmasından narazı olduqlarını bildirmişdi.
Tətbiq edilmiş sanksiyalar üzündən “Aeroflot” şirkəti artıq ABŞ istehsalı olan “Boeing” və Avropa istehsalı olan “Airbus” təyyarələrinə Rusiyanın “Aeroflot” şirkətinin rəsmi servislərində xidmət göstərilməsi artıq mümkün deyil.
Buna görə də, Rusiya tərəfi tarixdə ilk dəfə olaraq təyyarəni İrana göndərməyi qərara alıb. İran onlarla il ərzində Qərb sanksiyaları altında olduğundan burada təyyarələri öz imkanları daxilində təmir etməyi öyrəniblər.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya