Saat:02:37
Haqqımızda

“Rusiya, İran və Azərbaycan ilə razılaşmalar Türkiyənin qaz böhranından uzaq qalacağının təminatçısıdır”

2021-10-15 17:20:00

“Rusiya, İran və Azərbaycan ilə razılaşmalar Türkiyənin qaz böhranından uzaq qalacağının təminatçısıdır”

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, İran və Azərbaycanın Türkiyənin qazla təmin olunmasının sabitliyindəki rolunu qiymətləndirib.

Ərdoğan deyib: “Türkiyə Rusiya ilə qaz müqavilələrinə böyük həssaslıqla yanaşır. Rusiya, İran və Azərbaycanla razılaşmalar – bizim bu cür böhranlar yaşamayacağımızın təminatçısıdır”.

O, Qərb ölkələrinin qaz təminatı ilə bağlı problemlərinin davam elədiyini əlavə edərək söyləyib: “Türkiyədə isə qazla bağlı heç bir problem yoxdur. Biz bütün zəruri tədbirləri görmüşük və görməyə davam edəcəyik”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR