Rusiya-İran münasibətləri getdikcə möhkəmlənir

Əməkdaşlıqda yeni səviyyə
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiya ilə İranın mərkəzi bankları əməkdaşlıq barəsində razılıq əldə ediblər.
İran Mərkəzi Bankının direktoru Məhəmmədrza Fərzini Rusiyanın Mərkəzi bankı ilə İranın Mərkəzi Bankı arasında əməkdaşlıq müqaviləsi imzalandığını xəbər verib. Müqavilədə ikitərəfli əməliyyatların sadələşdiriməsi nəzərdə tutulur.
Müqavilənin İran üçün əhəmiyyəti
Fərzini izah edib ki, imzalanmış saziş sayəsində Rusiya Federasiyası ilə İran İslam Respublikasının mərkəzi bankları arasında, həmçinin hər iki ölkənin adi kredit təşkilatıları arasında birbaşa əlaqə mümkün olur. O, əlavə edib ki, indi İran vasitəçilərin iştirakı olmadan yüzlərlə xarici bank ilə əlaqə saxlayacaq və bu, İran ilə dünya arasında “maliyyə kanalllarının” bərpasından danışmağa imkan verir.
Fərzini məhz hansı xarici banklardan söhbət getdiyini dəqiqləşdirməyib.
Rusiya nə qazanacaq?
ISNA agentliyinin yazdığına görə, imzalanma mərasimində RF tərəfindən Rusiya Mərkəzi Bankının direktorunun müavini Vladislav Qridçin iştirak edib. Qridçin imzalanmış müqavilənin Qərbin sanksiyalarından asılı olmamaq kimi üstünlük verdiyini vurğulayıb, sazişin Rusiya ilə İran arasında pul köçürmələrinin yüngülləşməsinə, iki ölkədə biznesin inkişafına kömək edəcəyinə ümidvar olduğunu bildirib.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya