Rusiya ilə Türkiyə arasında sənəd imzalandı

2021-10-12 17:34:00

Rusiya ilə Türkiyə arasında sənəd imzalandı

Hurriyyet.az xəbər “RİA Novosti” informasiya agentliyinə istinadən verir ki, Rusiya ilə Türkiyə arasında turistlərin təhlükəsizliyinin təmin edilməsi barəsində sənəd imzalanıb.

Rosturizmin başçısı Zarina Doquzova ilə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy 2022-2024-cü illər arasında birgə fəaliyyət barəsində sənəd imzalayıblar.

Proqram turistlərin həyat və sağlamlığını təhdid edən fövqəladə vəziyyət yarandıqda, iki ölkənin vətəndaşlarının iştirakı ilə bu ölkələrdən birinin ərazisində insident baş verəcəyi təqdirdə Rusiya ilə Türkiyənin bir-birinə informasiya verməsini nəzərdə tutur.

Sənədə əsasən, Moskva ilə Ankara turizm sahəsində birbaşa əlaqələrin qurulmasına, hər iki ölkədə turizm sahəsinə sərmayə qoyulmasına şərait yaradacaqlar.

 Hürr Tərcüman