Rusiya ilə münaqişənin həlli yalnız bu yolla mümkündür!

2022-04-25 09:49:00

Rusiya ilə münaqişənin həlli yalnız bu yolla mümkündür!

Kiyev üçün təhlükəsizlik zəmanətlərinə dair Qərb ölkələri ilə danışıqlar prosesi o qədər də sadə deyil.

Hurriyyet.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.

“Hazırda bütün detallar müzakirə olunur. Bununla bağlı indi açıq şəkildə deyə bilərəm ki, müharibəni dayandırmaq və bitirmək üçün müəyyən təhlükəsizlik təminatları çox zəruridir”, - Ukraynanın baş naziri bildirib.

O, Rusiya ilə münaqişənin yalnız danışıqlar yolu ilə həll oluna biləcəyinə əminliyini ifadə edib.

Şmıqal əlavə edib ki, Kiyev Vaşinqtonla Rusiyanın dondurulmuş aktivlərindən istifadəni müzakirə edir. Onun sözlərinə görə, bu pul Ukraynanın bərpasını maliyyələşdirmək üçün nəzərdə tutulub. O, Rusiyanın aktivlərinin ələ keçirilməsini bütün sivil dünya üçün beynəlxalq məqsəd adlandırıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya