Rusiya ilə İsrail arasında böhran dərinləşir

2022-07-26 15:55:00

Rusiya ilə İsrail arasında böhran dərinləşir

Hurriyyet.az “Yeni Mesaj” nəşrinə istinadla xəbər verir ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova “Solovyev Live” “Yutub” kanalına müsahibəsində İsrailin Ukraynadakı müharibəyə münasibətdə anti-Rusiya, qeyri-konstruktiv və qeyri-obyektiv mövqe tutduğunu söyləyib.

Zaxarova deyib: “Bu mövqe sırf Ukrayna tərəfində formalaşıb, həm də Ukrayna xalqının yox, sırfKiyev rejiminin tərəfində və Qərbin qəribə və diktə edən səsi ilə tam səsləşir. Bu, doğrudan da suallar doğurur”.

RF XİN-in təmsilçisi Rusiyadakı Yəhudi Agentliyinin bağlanması məsələsinin sırf hüquqi məsələ olduğunu və siyasətlə əlaqədar olmadığını deyib.

“Soxnut” agentliyi dünyanın 65-dən çox ölkəsində yəhudilərin diaspora və İsrailə köçü məsələləri ilə məşğul olur. 2022-ci il iyulun 21-də RF Ədliyyə Nazirliyi agentliyin ləğv edilməsi üçün məhkəmə iddiası qaldırıb.

İyulun 24-də İsrailin Baş naziri Yair Lapid öz çıxışında “Rusiya ilə münasibətlərin İsrail üçün mühüm olduğunu, eyni zamanda “Soxnut”un bağladılmasının iki ölkə arasındakı münasibətlərə ciddi təsir göstərə biləcəyini bəyan edib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054422