RUSİYA İLƏ İRANIN 20 İLLİK HƏRBİ TƏRƏFDAŞLIĞI BAŞLANIR - SAZİŞ İMZALANDI
2025-01-17 18:30:41

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian 20 illik müddəti olan Hərtərəfli Strateji Əməkdaşlıq Sazişini imzalayıblar.
Sənəd Tehranla Moskvanın münasibətlərini yeni səviyyəyə qaldırır: onların strateji tərəfdaş statuslarını möhkəmləndirir.
Sənəd müdafiə, terrorçuluqla mübarizə, energetika, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya da daxil olmaqla, demək olar ki, bütün sahələri əhatə edir.
Hürr Tərcüman
