Rusiya ilə İran rəsmən strateji tərəfdaş oldular
2025-04-21 16:51:13

Hurriyyet.az xəbər verir ki, Rusiya ilə İran rəsmən strateji tərəfdaş oldular. Rusiya Prezidenti Vladimir Putin İranla hərtərəfli strateji əməkdaşlıq barəsində müqavilənin ratifikasiyası barəsində qanunu imzalayıb. Sənəd Rusiyanın hüquq informasiyası portalında dərc edilib.
Müqavilədə Moskva ilə Tehranın uzunmüddətli perspktivdə əməkdaşlığının inkşafının hüquqi çərçivələri dəqiqləşdirilib. Saziş İranla Rusiyanın bütün sahələrdə, o cümlədən, müdafiə, terrorçuluqla mübarizə, energetika, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya sahələrində strateji tərəfdaş olduğunu təsdiqləyir.
Razılaşma cari ilin yanvarında, İran Prezidenti Məsud Pezeşkianın Moskvaya səfəri zamanı imzalanıb.
Hürr Tərcüman
