Rusiya ilə İran hərtəfərli strateji əməkdaşlıq müqaviləsini imzalamağa hazırlaşırlar
Hurriyyet.az xəbər verir ki, RF XİN rəhbəri Sergey Lavrov Avrasiya təhlükəsizliyi üzrə II Beynəlxalq Minsk Konfransındakı çıxışı zamanı Rusiya ilə İran arasında hərtərəfli srateji əməkdaşlıq barəsində strateji əməkdaşlıq müqaviləsinin imzalanmasından danışıb. Onun sözlərinə görə, həmin müqavilədə müdafiə sahəsində daha sıx əməkdaşlıq perspektivləri əks olunacaq.
Lavrov deyib: "Rusiya-İran münasibətlərinin möhkəmlənməsindən mühüm faktor Rusiya ilə İran arasında hərtərəfli strateji əməkdaşlıq barəsində müqavilə olacaq. Müqavilə yaxın zamanda imzalanması üçün hazırlanır. Tərəflərin regional və qlobal səviyyədə təhlükəsizlik və sülh naminə müdafiə sahəsində daha sıx əməkdaşlıq etmək səyləri həmin saziş vasitəsi ilə möhkəmləndiriləcək".
Hürr Tərcüman