Saat:02:20
Haqqımızda

Rusiya ilə Hindistan hərbi ticarətdə milli valyutalardan istifadə edəcəklər

2021-12-07 15:29:00

Rusiya ilə Hindistan hərbi ticarətdə milli valyutalardan istifadə edəcəklər

Hurriyyet.az “Yeni Mesaj” nəşrinə istinadən xəbər verir ki, Rusiyanın “Rosoboroneksport” silah ixracı şirkətinin başçısı Aleksandr Mixeyev Rusiyanın artıq silah müqavilələri ilə bağlı sövdələşmələrdə dollardan istifadə edilmədiyini, Hindistanla razılaşmada da ticarətin milli valyutalarla aparıldığını bildirib.

Rusiya ilə Çin başda olmaqla BRİKS dövlətləri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın birləşdiyi təşkilat olan BRİCS ölkələrin adlarının baş hərfləri ilə işarə olunur) 2008-ci ildən bəri ticarətlərini milli valyuta ilə aparmağa çalışırlar.

Mixiyev “Rosoboroneksport” şirkətinin sövdələşmələrdə daha ABŞ dollarından istifadə etmədiyini bildirib.

Hindistan 1991-ci ildən bəri Rusiyadan 70 milyard dollarlıq silah sifariş edib.

2018-ci ilin oktyabrında Rusiya ilə Hindistan arasında Yeni Dehliyə 5,43 milyard dollar dəyərində 5 ədəd S-400 zenit-raket kompleksinin alqı-satqısı müqaviləsi imzalanıb.

İlk sistemin bu ilin axırına qədər Hindistana təhvil verilməsi planlaşdırılır.

 

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR