Rusiya ilə Fransa arasında gizli Qarabağ "ANLAŞMA"sı olub? - 100 saatlıq telefon danışığı ...

2022-06-08 22:29:00

Rusiya ilə Fransa arasında gizli Qarabağ

Rusiya-Ukrayna müharibəsi bir çox güc mərkəzlərinin işinə yaradığı üçün bu vəziyyətin hələ daha bir neçə ay davam edəcəyi istisna edilmir.

Dönüb Rusiya-Ukrayna müharibənin ilk günləri ilə indiki proseslərə nəzər salsaq bir fərqi sezmiş olarıq: tədricən aktiv döyüşlər yerini "mövqe savaşı"na verməyə başlayıb.

Əslində, bunu da müxtəlif səbəbləri var:

️ Rusiyanın Donbasın işğalını yekunlaşdıraraq burada möhkəmlənmək planı

️ Enerji böhranından sonra ərzaq böhranı təhlükəsinin artıq ilk siqnallarının gəlməsi

Qlobal miqyaslı bu münaqişə və Rusiyanın bazardan sıxışdırılması enerji qaynaqları olan oyunçuların strateji dəyərini kəskin artırmağa başlayıb. Elə son vaxtlar Qərb dövlətlərinin Azərbaycana qarşı münasibətində dəyişikliklərə baxmaq kifayətdir.

Buna növbəti misal olaraq Vaşinqtonun son zamanlar, xüsusilə 44 günlük müharibədən sonra Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallığı dəyişməyi bacarmasının ardından Bakıya qarşı mövqeyini kəskin sürətdə dəyişməsini göstərə bilərik. Eyni məsələni Ərəb neft maqnatlarına da aid etmək olar. Təbii ki, enerji bazarındakı ən güclü rıçaqlar Ərəb monarxiyalarının əlindədir. Hazırkı böhran isə Ərəb monarxlarına qızıl fürsətdir.

Amma müharibənin digər görünməyən tərəfləri də zaman keçdikcə qənşərə çıxmağa başlayır. Belə ki, proseslərin xronologiyasına daha diqqətli nəzər yetirsək Qərbdə "müharibənin necə bitməsi" haqda fikir ayrılığının dərinləşdiyinə şahid ola bilərik.

Bu mənada Qərb artıq iki cəbhəyə ayrılıb:

 

Ukraynanı sona qədər dəstəkləyənlər

Rusiyaya güzəşt gedilməsinin vacibliyini irəli sürənlər

Birincilərə o dövlətlər aiddir ki, onların Rusiyanı özlərinə əsas rəqib görürlər, ən böyük təhlükə hesab edirlər və bu müharibəyə Rusiyanın imperialist ideyalarını məhv edib, immunitetini xeyli zəiflətmək imkanı kimi baxırlar.

Amma müharibənin ilk günlərindən fərqli olaraq artıq görürük ki, savaşa kimi, onun ilk günlərində belə Ukraynaya dəstək mesajları verən bir çox Qərb dövlətləri artıq mövqe dəyişikliyi etməyə başlayanlar da görünməyə başlayır.

Birinci cəbhəyə rəhbərlik edən ABŞ başda olmaqla mövqe dəyişikliyi edənləri, xüsusilə Fransa və Almaniyanı tənqid etməsi belə görünür ki, adı çəkilən dövlətlərin liderlərini fikrindən döndərməyəcək. Belə nəticə çıxır ki, Fransa Ukraynanı oyuna gətirən tərəflərdən biri olsa da təhlükənin bir gün öz qapısını döyəcəyini hiss etdiyindən iz itirmək üçün çıxmadığı oyun qalmır.

Fransa Prezidenti Emanuel Makronun son 6 ayda telefonla 100 saata yaxın Putinlə danışdığını nəzərə alsaq, o zaman demək ki, müharibənin olacağını və hansı ssenari ilə irəliləyəcəyini çox yaxşı bilirdi. Sadəcə Kiyevi inandırmağa çalışdı ki, sənin yanındayıq və sözünə xilaf çıxdı.

Xüsusilə Makronun son açıqlamalarına nəzər yetirdikdə bu məsələdə tutduğu mövqe daha da aydınlaşır. Belə ki, Makron qeyd edib ki, toqquşmalar bitdikdən sonra diplomatik çıxış yolu qorumaq üçün Putini alçaltmamaq lazımdır, nə qədər çətin də olsa, Rusiyaya çıxış yolu verilməlidir.

Makronun hər vəchlə Putinin zəifləməməli olduğunu dilə gətirməsi əslində xeyli qəribə görünmürmü? Fransa liderinin Britaniyanın açıq şəkildə dəstəklədiyi Ukraynanın Rusiya qarşısında məğlubiyyətində maraqlı görünür. Belə çıxır ki, Makron üçün Ukraynadan daha önəmli məsələlər var.

Parisin Moskva ilə saatlarla davam edən bu telefon danışıqları zamanı hər hansı bir şifahi sövdələşmə etdiyi də istisna edilmir. Nəzərə alsaq ki, Rusiyasının bu illər ərzində ən intensiv yayılmağa çalışdığı ərazi Fransanın Afrikadakı "keçmiş" müstəmləkələridir və bir də 44 günlük müharibə ilə Azərbaycanın Minsk Qrupu formatını tarixin yaddaşına köçürməsiylə Ermənistanın qlobal miqyasda ən böüyk dəstəkçilərindən, himayədarlarından olan Fransanın bu məsələyə dönmək, müdaxilə etmək imkanı əlindən alındı, o zaman Moskvanın da bu mənada Parisə hansı vədlər vermək ehtimalı Bakıya məlum ola bilər.

Azərbaycanın qərarı və mövqeyi çox qətidir. Belə görünür ki, situasiyadan çox hali olan Makron Qarabağ məsələsində Fransanın hər hansı bir mandatla iştirakı üçün Kreml sahibindən xahiş edib. O da Ukraynaya dəstək verməyəcəyi müqabilində və Rusiyaya qarşı sanksiyaların, təzyiqlərin dayandırlması məsələsində Moskvaya dəstək əlini uzadacağı təqdirdə bu istəyi nəzərdən keçirməyin mümkünlüyünü bildirib. Amma istər Moskva, istər Paris, istərtsə də gözü havadarlarından dəstək gözləyən revanşistlər bilməlidirlər ki, Azərbaycan beynəlxalq hüququn bütün normaları çərçivəsində öz ərazi bütövlüyünü həll edib və bundan sonra da Ermənistan danışıqlar masasından yayınaraq, sülh prosesinə təhdid olacaq hər hansı bir cəhd edəcəyi təqdirdə daha ağır zərbəni alacaq.

 

Təhməz Əsədov
Milli.Az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya