“Rusiya ilə Çin bir-birini dəstəkləyəcəklər”

2022-06-15 17:34:00

“Rusiya ilə Çin bir-birini dəstəkləyəcəklər”

Hurriyyet.az xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Cinpin ilə Rusiya Prezidenti Vladimir Putin telefonla danışıblar. Bu barədə açıqlamanı Kremlin mətbuat katibi Dmitri Peskov verib.

Si Cinpin də öz növbəsində Rusiya ilə Çinin təmaslarını yüksək qiymətləndirib. Cinpin deyib: “Dünyadakı qeyri-sabitliyə və qlobal dəyişikliklərə baxmayaraq, bu ilin əvvəlindən başlayaraq Çin-Rusiya əlaqələri yaxşı inkişaf dinamikasını saxlamaqdadır”.

Onun sözlərinə görə, Baloveşensk-Heyhe körpüsünün işə düşməsi sayəsində Moskva ilə Pekinin ticarət əməkdaşlığı güclənməkdədir. ÇXR sədri qeyd edib ki, Çin Rusiya ilə birlikdə suverenlik və təhlükəsizlik məsələlərində bir-birini dəstəkləməyə, həmçinin iki ölkə arasındakı strateji əməkdaşlığı möhkəmləndirməyə hazırdır.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya