Rusiya ilə ABŞ nüvə müharibəsi edəcəklərmi? Ərdoğan bu sualın cavabını verdi

2022-11-17 16:24:00

Rusiya ilə ABŞ nüvə müharibəsi edəcəklərmi? Ərdoğan bu sualın cavabını verdi

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Rusiya ilə ABŞ nümayəndələrinin Ankarada keçirdikləri görüş barəsində Türkiyə kəşfiyyatının rəhbərindən informasiya aldığını söyləyib. Prezident Ərdoğan Rusiya-ABŞ danışıqlarının nəticələrinə görə, tərəflərin nüvə silahından istifadə eləməmək öhdəliyi götürdüklərini bildirib.

Türkiyə Prezidenti deyib: “İcazə verin, Rusiya ilə ABŞ-ın nüvə silahından istifadə edib-etməyəcəkləri barəsində öz kəşfiyyat rəhbərimdən aldığım informasiyanı nəzərinizə çatdırım: hazırda hər iki tərəf də nüvə silahından istifadə üçün heç bir cəhd göstərməyəcək”.

Bəlli olduğu kimi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Vilyam Berns RF Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə Ankarada görüş keçiriblər. Tərəflər saxlanılmış ABŞ vətəndaşlarının vəziyyətini və nüvə risklərini müzakirə ediblər.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.127988