Saat:22:29
Haqqımızda

“Rusiya ilə ABŞ-ın danışmaq haqqları yoxdur, onlar sözlərinə xilaf çıxıblar” - Çavuşoğlu

2022-07-04 12:51:00

“Rusiya ilə ABŞ-ın danışmaq haqqları yoxdur, onlar sözlərinə xilaf çıxıblar” - Çavuşoğlu

“Əvvəlcə vədlərinə əməl eləsinlər”

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Moskvanın Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı əməliyyatlarına mane olacağını güman eləmədiyini söyləyib.

Çavuşoğlu deyib: “Rusiyanın mane olacağını güman eləmirəm. Ukraynadakı fəaliyyətlər, Krımın tanınması və s. məsələlər də daxil olmaqla, Rusiya ilə aramızda bir çox məsələlərdə fikir ayrılığı var. Eyni zamanda bizim iqtisadi və siyasi əlaqələrimiz mövcuddur”.

Nazir bu məsələ ilə bağlı Ankaranın Rusiya tərəfindən kəskin reaksiya ilə qarşılaşmadığını qeyd edib. Çavuşoğlu deyib: “ABŞ ilə Rusiya Suriya terrorçuları ilə bağlı Türkiyəyə verdikləri sözlərə əməl eləmədilər. Ona görə də bu məsələni özümüz həll eləməli olacağıq. Digər tərəfdən də, ABŞ ilə Rusiyanın Türkiyənin Silahlı Qüvvələrinin planlaşdırdığı əməliyyatla bağlı danışmaq haqqları yoxdur. Onlar sözlərinə əməl eləməyiblər. Əvvəlcə sözlərinin arxasında dursunlar”.

Bundan bir qədər əvvəl Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Suriyanın şimalındakı əməliyyatın istənilən vaxt başlana biləcəyini bəyan eləmişdi.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR