Rusiya ilə ABŞ arasındakı diplomatik əlaqələr kəsilə bilər

2022-06-06 13:01:00

Rusiya ilə ABŞ arasındakı diplomatik əlaqələr kəsilə bilər

Hurriyyet.az  xəbər verir ki, ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan TASS informasiya agentliyinə müsahibəsində Rusiya ilə Birləşmiş Ştatların səfirliklərinin qarşılıqlı olaraq bağladılmasının mümkünlüyü istisna etmədiyini bildirib.

Səfir deyib: “Ola bilər. Belə bir ehtimal var. Hərçənd mən hesab edirəm ki, bu, böyük bir səhv olardı... Mənim təsəvvürümə görə, ABŞ-ın öz səfirliyini bağlamağa məcbur olduğu yeganə səbəb – işə davam eləməyin təhlükəli olduğu hal ola bilər”.

Sallivan vəziyyətin ABŞ səfirliyinin bağlanması həddinə çatmayacağına ümid elədiyini söyləyərək deyib: “Prezident Baydenin və ya ABŞ hökumətinin belə bir niyyəti yoxdur...”

Amerikalı səfir onu da əlavə edib ki, indiki vəziyyətdə Rusiya ilə ABŞ arasında tam barışıq və məhsuldar münasibətlərin bərpası mümkün deyil.  

 Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya