Saat:17:23
Haqqımızda

Rusiya ilə ABŞ arasında növbəti danışıqlar aparılıb

2025-12-23 14:08:20

Rusiya ilə ABŞ arasında növbəti danışıqlar aparılıb

Hurriyyet.az xəbər verir ki, Rusiya ilə ABŞ ikitərəfli münasibətlərdə "qarşılıqlı narahatlıqlara" həsr olunmuş daha bir görüş keçiriblər. Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov "İnterfaks" agentliyinə məlumat verib. 
Ryabkov deyib: "Gendəlikdə olan bütün məsələləri kifayət qədər ciddi, peşəkar və dərin şəkildə müzakirə etmək imkanı qazandıq. Müəyyən məsələlərdə müəyyən irəliləyişlər əldə edilib, lakin əsas problümlər hələ də həllini tapmayıb". Nazir müavini müzakirənin konkret detallarını açıqlamayıb, lakin gələcək irəliləyişlərin "siyasi səviyyədə impulslar" da daxil olmaqla əlavə səylər tələb edə biləcəyini etiraf edib.
Danışıqların növbəti mərhələsi gələn ilin yazında baş tuta bilər. Dəqiq tarix hələ müəyyənləşdirilməyib.
Hürr Tərcüman