Rusiya idarə olunan bombaları öz əhalisinin üstünə atır? - İddia

2023-cü ilin aprelindən 2024-cü ilin aprelinə qədər Belqorod vilayətinə Rusiya təyyarələri tərəfindən buraxılan ən azı 38 idarə olunan bomba düşüb. Onların əksəriyyəti partlamayıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Ukrayna kəşfiyyatının ələ keçirdiyi və jurnalistlərə verdiyi sənədə istinadən yazıb.
Sənədin Belqorod şəhər fövqəladə hallar idarəsi tərəfindən hazırlandığı iddia edilir. Bu, partlayışların nəticələrinin aradan qaldırılması və insanların təxliyəsi ilə bağlı hesabatlarla hadisələrin cədvəlini ehtiva edir.
Ən azı dörd hava bombası Belqoroda düşüb, daha yeddisi isə şəhərətrafı ərazilərdə tapılıb. Qalan mərmilər Belqorod vilayətinin digər ərazilərinə düşüb. Ən anormal bomba qalıqları Ukrayna ilə sərhəddəki Qrayvoronski rayonunda qeydə alınıb - orada 11 belə sursat tapılıb.
Bu partlamamış bombaların əksəriyyətini yerli sakinlər - meşəçilər, fermerlər və ya kəndlilər aşkar ediblər. Əksər hallarda Müdafiə Nazirliyi sursatların anormal boşalmasının nə vaxt baş verdiyini açıqlamayıb. Yerli hakimiyyət orqanları bu hadisələrə ümumiyyətlə səssiz qalıb.
“Washington Post” Rusiyanın “Astra” nəşrinə istinadən yazır ki, sənəddəki insidentlərin bir çoxu yerli hakimiyyət orqanlarından alınan məlumatlarla, eləcə də yerli KİV-lərin xəbərləri ilə üst-üstə düşür. Şahid kimi adı çəkilən şəxslərin Belqorod sakinləri olduğu iddia edilir.
İlk dəfə olaraq Rusiya Müdafiə Nazirliyi 2023-cü ilin aprelində Belqorod səmasında uçan Su-34 təyyarəsindən “təyyarə sursatının qeyri-adi buraxılışını” təsdiqləyib. Daha sonra baş verən partlayış nəticəsində avtomobil mağazanında diametri 20 metr olan krater əmələ gəlib.
Ümumilikdə, “Astra”-nın hesablamalarına görə, Rusiya aviasiyası ölkənin bölgələrinə və ilhaq edilmiş ərazilərə 110 belə bomba atıb.
Azpolitika.info
