Rusiya hücum eləsə, Moldova Rumıniyadan dəstək istəyəcək

2022-07-29 16:43:00

Rusiya hücum eləsə, Moldova Rumıniyadan dəstək istəyəcək

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Rusiya tərəfindən hərbi təhlükə yaranacağı təqdirdə Moldova Rumıniyaya müraciət edəcək.

Ukraynadakı münaqişə Moldova ərazisinə sıçrayacağı, Rusiya Federasiyası ilə münasibətlərin pozulacağı təqdirdə Moldova yardım üçün Rumıniyaya üz tutacaq.

Moldova Prezidenti Mayya Sandu Rumıniya Prezidenti Klaus Yohannislə görüşdən sonrakı çıxışında deyib: “Biz narahatıq. Ən pessimist ssenariləri nəzərdən keçiririk. Müvafiq olaraq, bütün ssenarilərə hazırlaşırıq. Rusiyanın Moldova Respublikasına hücuma cəhd edəcəyi halda aydındır ki, kömək istəyəcəyik”.

Klaus Yohannis də öz növbəsində qardaş ölkəni dəstəklədiyini söyləyib: “Biz Moldova Respublikasına ən yaxın olaraq qalırıq və Rusiyanın Ukraynaya qarşı başladığı bu məşum müharibənin nəticəsində hamımızın qarşılaşacağı ssenarinin necə olacağından asılı olmayaraq, sizi tək qoymarıq”.

Xatırladaq ki, dünən Moldova parlamenti hökumətin Ukraynadakı müharibə ilə əlaqədar fövqəladə vəziyyətin müddətini uzatmaq təklifini səs çoxluğu ilə dəstəkləyib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057910