Saat:12:00
Haqqımızda

"Rusiya hərbi bazasının Ermənistandan çıxarılması qaçılmazdır" - "Bu, Paşinyanın dövründə gerçəkləşəcək"

2024-03-27 15:05:11

"Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılması qaçılmazdır və bu, Paşinyanın dövründə gerçəkləşəcək. Düşünürəm ki, hərbi bazanın çıxarılması təşəbbüsü ilə bağlı məhz Ermənistan özü çıxış edəcək".

Hurriyyet.az xəbər verir ki, bunu ermənipərəst mövqeyi ilə bilinən rusiyalı jurnalist və politoloq Modest Kolerov deyib.

O, Gümrüdəki hərbi bazanın mövcudluğunun çoxdan dayandığını bildirib.

"Əgər o, hərbi plana uyğun işləmirsə, bu, sadəcə olaraq köhnəlmiş və bir çox hallarda artıq paslanmış, işlək olmayan hərbi texnikaların anbarıdır. Ona görə də bu hərbi baza Türkiyə üçün təhlükə yaratmır, yarada da bilməz. Rusiyanın Ermənistandakı yeganə hərbi varlığı Gümrü hərbi bazasının Erebuni hava limanındakı bölməsidir. Orada müasir təyyarələr olsa da,  Ermənistan hakimiyyətinin icazəsi olmadan onları havaya qaldırmaq mümkün deyil",-deyə o qeyd edib.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR