Rusiya hərbçilərini Ermənistan-Türkiyə sərhədindən çıxarmaq istəmir - Moskvadan İrəvana əbədi müqavilə xatırlatması
Hurriyyet.az xəbər verir ki, RF XİN təmsilçisi Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın "erməni hökumətinin RF sərhədçilərinin Türkiyə və İran ilə sərhəddə qalmasının nə qədər məqsədyönlü olduğu barəsində düşünməsinə dəyər" açıqlamasında cavab verib. Zaxarova deyib: "Ola bilər ki, Alen Robertoviç Nikol Vovayeviçin mətbuat konfransını çox diqqətlə izləməyib". Zaxarovanın sözlərinə görə, Rusiya sərhədçilərinin Ermənistandakı varlığı 1992-ci ildə imzalanmış baza sənədi ilə tənzimlənir və RF sərhədçilərinin Ermənistan respublikasındakı statusu barəsindəki həmin razılaşma müddətsiz, yəni həmişəlikdir.
Zaxarova deyib: "RF sərhədçiləri dəfələrlə öz fəaliyyətləri ilə buradakı mövcudluqlarına olan tələbatı isbat ediblər. Bu istiqamətdə irimiqyaslı məhsuldar əlaqə qurulub və bu da görünür, İrəvandakı bəzi siyasətçiləri əsəbiləşdirir. Regionda tam normallaşmanın olmaması şəraitində sərhədlərin müdafiəsiz qalmasının ölkənin təhlükəsizliyinə necə təsir göstərəcəyini nəzərə almaq lazımdır. Mənə elə gəlir ki, ekspert olmayan şəxslərin bu mövzuda sərbəst danışdıqları zaman həyatı risk qarşısında qalanlara da söz demək haqqı verməyə dəyər".
Hürr Tərcüman