Saat:08:03
Haqqımızda

Rusiya hakimiyyətinin MOSKVA TERRORUNDA MARAĞI NƏDİR?

2024-03-27 12:50:55

Rusiya hakimiyyətinin MOSKVA TERRORUNDA MARAĞI NƏDİR?

Fuad Qəhrəmanlı: "Putin qarşıdakı mərhələdə Ukraynanın işğalını rus xalqının nəzərində legitimləşdirməyə, rus millətçiliyini qabardıb rejimə dəstəyi artırmağa nail olmaq üçün bu terror aktından maksimum faydalanmağa çalışır"

"Putin dirənib ki, Moskva terroruna görə Ukraynanı şərləsin. O bildirib ki, terrorçuların niyə Ukrayna sərhədinə getdikləri və onları orada qarşılamaqla bağlı görülən hazırlıq işləri kimi məsələlər araşdırılmalıdır. Bu artıq istintaqa istiqamət vermək, onu yönləndirməkdir". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı qeyd edib.

Siyasi şərhçinin fikrincə, Ukraynanın guya terrorçuları qarşılamağa hazırlaşdığını demək öncədən istintaqın ortaya qoyacağı sifarişli rəy üçün indidən siyasi zəmin yaratmağa xidmət edir: "Bu yandan da FSB direktoru Bortnikov deyib ki, "Ukraynanın Yaxın Şərqdə yaraqlılara təlim keçdiyini bilirik". "Rusiya hakimiyyətinin Moskva terrorunda marağı nədir" sualına cavab da elə Putinin və ətrafının açıqlamalarında ifadə olunur. Bu açıqlamalardan sonra Rusiya kimi dövlətdə terrorçuların istintaqı fərqli nəticə ortaya qoya bilərmi? Bütün bu əlamətlər onu göstərir ki, Putin qarşıdakı mərhələdə Ukraynanın işğalını rus xalqının nəzərində legitimləşdirmək, rus millətçiliyini qabardıb rejimə dəstəyi artırmaq və Rusiya böyük bir təhlükə qarşısındadır fikri ilə cəmiyyəti manipulyasiya edərək hakimiyyət ətrafında milli həmrəyliyə nail olmaq üçün bu terror aktından maksimum faydalanmağa çalışır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.309692