Rusiya gözünü Ukraynanın ardınca digər keçmiş post-sovet ölkələrinə dikib-Estoniya da hədəfdədir

2022-06-22 15:55:00

Rusiya gözünü Ukraynanın ardınca digər keçmiş post-sovet ölkələrinə dikib-Estoniya da hədəfdədir

"NATO mənbələrinə görə, son günlərdə Rusiya Baltikyanı ölkələrdəki raket zərbələrinin immitasiyasını keçirib", deyə Estoniyanın Müdafiə Naziriyinin kansleri Kusti Salm bildirib. Onun sözlərinə görə, Rusiyada Estoniya raket atəşinin endirilməsinin məşqləri davam edir.
Estoniya Müdafiə Nazirliyinin kanslerinin sözlərinə görə, bir neçə gün əvvəl rus helikopterləri hücum məşqləri etməklə yanaşı Estoniyanın hava məkanını pozub. NATO mənbələrinə görə, rus helikopterləri hücum təlimləri keçirirdilər.
"Rus helikopterləri bir neçə dəfə sərhədi pozdular. Söhbət sahildən 50 mil məsafədə olan gəmilərdən, təyyarələrdən getmir, helikopterlərdən gedir. Helikopter sərhədi təsadüfən keçmir", Salm deyir.
Estoniya Müdafiə Nazirliyi duruma çox ciddi yanaşır.
"Ruslar hesab edirlər ki, biz müstəqilliyə layiq deyilik. Bunu onların son əməliyyatları və strateji rabitəsi də sübut edir", deyə Salm təşvişini ifadə edib.
Qeyd edək ki, ölkənin hava məkanının rus helikopteri tərəfindən pozulmasına qarşı etiraz olaraq Rusiya səfiri Estoniya XİN nazirliyinə çağırılıb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya