Rusiya gizli səfərbərlik aparır

2021-11-25 11:13:00

Rusiya gizli səfərbərlik aparır

Rusiya Ukrayna sərhədi yaxınlığında qoşunların cəmləşməsi fonunda ehtiyatda olan on minlərlə əsgərlərinin kütləvi səfərbərliyinə başlayıb.
Moskva bu məlumatın yayılmamasına çalışır. Bu barədə ABŞ-ın "Bloomberg" nəşri iki məlumatlı mənbəyə istinadən xəbər verib. Mənbələr səfərbərliyin miqyasını "postsovet dövründə görülməmiş" adlandırıblar. Mənbələrə görə, ehtiyatda olanların funksiyası işğaldan sonra Ukraynanın işğal olunmuş ərazilərində "təhlükəsizliyi təmin etmək" olmalıdır. Qərbin xüsusi xidmət orqanları hesab edir ki, Kreml gələn 2022-ci ilin ilk aylarında Ukraynaya qarşı müharibənin yeni mərhələsinə başlaya bilər.

Ülviyyə, Hurriyyet.az