Saat:08:05
Haqqımızda

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

2024-05-02 18:00:53

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Mayın 2-də Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Hurriyyet.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir. 

Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, parlamentlərin dövlətlərarası əlaqələrin möhkəmlənməsində önəmli rolu qeyd olunub. Bildirilib ki, qanunvericilik orqanları arasında dostluq qrupları çərçivəsində, beynəlxalq parlament qurumlarında qarşılıqlı faydalı əməkdaşlıq genişləndirilir. Bununla yanaşı,  Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin İkitərəfli parlamentlərarası komissiyası təqdirəlayiq fəaliyyət göstərir.

Tərəflər 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsi, post-müharibə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı vəziyyət, bölgədə sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımlar barədə fikirlərini bölüşüblər.

Söhbət zamanı Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xalqlar arasında qarşılıqlı hörmətə əsaslanan dialoqun qurulması, sülhün, təhlükəsizliyin təmin edilməsi baxımından daha bir uğurlu addım olacağına əminlik ifadə edilib, aparılan müzakirələr müsbət dəyərləndirilib.

Görüşdə Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, deputatlar Mixail Zabelin, Elnur Allahverdiyev, Emin Hacıyev, Rusiya nümayəndə heyətinin üzvləri Leonid Kalaşnikov, Olqa Germanova və digər rəsmi şəxslər iştirak ediblər.

*     *     *

Həmin gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə dövlətlərarası və parlamentlərarası əlaqələrin mütəmadi xarakter daşıdığı bildirilib, ölkələrimiz arasında siyasi, mədəni, humanitar sahələrdə əməkdaşlığın daha da genişləndiyi vurğulanıb. Həmçinin, ikitərəfli görüşlərin münasibətlərin inkişafı və möhkəmləndirilməsi baxımından əhəmiyyətindən bəhs edilib.

Qeyd olunub ki, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin dünya miqyasında günü-gündən nüfuzunun artmasının bariz nümunəsidir. Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif qarşılıqlı maraq doğuran məsələlərin həlli baxımından böyük əhəmiyyət daşıyır.

Görüşdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva,  Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sabir Hacıyev, Rusiya nümayəndə heyətinin üzvləri Leonid Kalaşnikov, Olqa Germanova və digər rəsmi şəxslər iştirak ediblər.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.240935