Saat:15:37
Haqqımızda

Rusiya Estoniya ilə “diplomat müharibəsi” aparır

2021-08-03 16:37:00

Rusiya Estoniya ilə “diplomat müharibəsi” aparır

Hurriyyet.org xəbər verir ki, Estoniyanın Moskvadakı səfiri Marqus Laydre Rusiyanın Xarici İşlər Nazirliyinə çağrılıb.

RF XİN-in rəsmi açıqlamasında deyilir: “Səfirə qəti etirazımız çatdırılıb və ona nota təqdim edilib. Notada bildirilir ki, “persona non qrata” qarşılıqlı prinsipi əasında Moskvadakı Estoniya diplomatik missiyasının əməkdaşı “arzuolunmaz şəxs” elan edilir və Rusiya Federasiyasını tərk eləməsi üçün ona bir həftə vaxt verilir”.

İyulun 7-də Estoniyanın Sankt-Peterburqdakı konsulu Mart Lyatte “diplomatik statusu ilə bir araya sığımayan fəaliyyəti ilə əlaqədar” “arzuolunmaz şəxs” elan edilmişdi. XİN-in açıqlamasında deyilir: “O, casus əməliyyatı keçirilən zaman cinayət başında yaxalanıb Estoniya tərəfinə xəbərdarlıq edilib ki, bundan sonra bu epizodla bağlı Tallinin vəziyyəti ağırlaşdırması dərhal cavab addımları atılmasına səbəb olacaqdır. Lakin bizim çağırışılarımız eşidilmədi və iyulun 15-də Estoniya XİN Rusiyanın Estoniyadakı səfirini “persona non qrata” elan elədi. Eston tərəfdaşlarımıza təklif edirik ki, dayansınlar, onsuz da özləri tərəfindən son həddə qədər gərginləşdirilmiş vəziyyəti daha da ağırlaşdırmasınlar”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR