Saat:19:47
Haqqımızda

Rusiya əsgərləri mühasirəyə düşdülər

2025-12-12 16:54:40

Rusiya əsgərləri mühasirəyə düşdülər

Hurriyyet.az xəbər verir ki, Ukrayna qüvvələri Kupyanskda Rusiya hərbçilərini mühasirəyə alıblar.
Ukrayna müdafiəçiləri Rusiyanın Kupyanska növbəti hücumunu dəf edərək, şəhərə bütün girişləri nəzarət altına alıblar. Bu barəsə "RBK-Ukraina" agentliyi məlumat verib. Ukrayna qüvvələrinin şəhərin şimal-qərb hissəsini təmizlədikləri və düşmənin qurudan təminat yollarını bağladıqları bildirilir.
Əməliyyatlar zamanı Kondraşovka, Radkovka məntəqələri və yaxın ərazilər azad edilib. Rusiyanın 200 nəfərdən artıq qüvvəsi tamamilə mühasirə altına düşüb və hazırda yalnız hava dronları vasitəsi ilə təchizat alır.
Hürr Tərcüman