Rusiya ərzaq böhranını bitirmək üçün şərtini AÇIQLADI

2022-05-26 16:30:00

Rusiya ərzaq böhranını bitirmək üçün şərtini AÇIQLADI

Rusiyanın Ukraynaya hücumu nəticəsində dünyanın müxtəlif yerlərində yaranan aclıq və qida qıtlığı ilə bağlı Moskvadan açıqlama gəlib.

Hurriyyet.az-ın məlumatına görə, Rusiya ərzaq daşıyan gəmilərin Ukrayna limanlarını tərk etməsi ilə bağlı şərtlərini bildirib. 

“Business Insider” qəzetində yer alan xəbərə görə, sözügedən ölkə bəzi sanksiyaların qaldırılacağı təqdirdə ərzaq ixracatını daşıyan gəmilərin Ukraynanı tərk etməsinə icazə verəcəyini deyib. 

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko,  “Biz dəfələrlə məsələyə münasibət bildirmişik və demişik ki,  ərzaq probleminin həlli kompleks yanaşma, o cümlədən Rusiyanın ixracına və maliyyə əməliyyatlarına qarşı sanksiyaların götürülməsini tələb edəcək”, - deyə söyləyib.

Kiyevdən Rusiyanın bu çıxışına cavab gecikməyib. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rudenkonun təklifini “açıq şantaj” kimi qiymətləndirib. Kuleba "Beynəlxalq münasibətlərdə şantajın daha yaxşı nümunəsini tapa bilməzsiniz", - deyə əlavə edib.

Qeyd edək ki, fevralın 24-də Rusiyanın işğalından sonra Ukraynanın Qara dənizdəki limanları bağlanıb və milyonlarla ton taxıl Ukraynada qapalı qalıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya