“Rusiya Ermənistanın hərbi potensialının güclənməsini istəyir”

2022-12-09 16:53:00

“Rusiya Ermənistanın hərbi potensialının güclənməsini istəyir”

Şoyqu: “Ermənistan müttəfiqimiz və tərəfdaşımızdır”

Hurriyyet.az xəbər verir ki, RF Müdafiə naziri Sergey Şoyqu Rusiyanın Ermənistanın Silahlı Qüvvələrinin potensialının yüksəlməsinə dəstəyə xüsusi əhəmiyyət verdiyini söləyib.

Şoyqu bu sözləri Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri ilə MDB ölkələrinin müdafiə nazirlərinin Moskvada keçirilən görüşü çərçivəsində ermənistanlı həmkarı Suren Papikyan ilə görüşü zamanı söyləyib.

O, Rusiyanın “regionda sabitliyi dəstəkləməkdə çox maraqlı olduğunu və bunun üçün bütün səyləri göstərdiyini” də bildirib.

Şoyqu deyib: “Ermənistan bizim KTMT üzrə müttəfiqimiz və Cənubi Qafqazdakı strateji tərəfdaşımızdır”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.155978