Saat:07:15
Haqqımızda

Rusiya Ermənistanı hədələdi -Paşinyan elə bir CAVAB verdi ki...

2024-12-07 11:47:51

Rusiya Ermənistanı hədələdi -Paşinyan elə bir CAVAB verdi ki...

Mirzoyan Putin haqda həbs orderi verən Haaqa tribunalının iclasında iştiraka gedir, baş nazir isə KTMT-yə geridönüşü nonsens sayır - Kremlin bu demarşa görə cəzası nə olacaq?

“Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) və Ermənistanın bu məhkəməyə qoşulmasına münasibəti hər kəsə məlumdur”. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu həftə keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunda iştirakı Haaqa tribunalının bir sıra rusiyalı vəzifəli şəxslərin həbsinə order verməsi fonunda Rusiya-Ermənistan münasibətlərinə birbaşa zərər vurur: 

“Bu, simvolik zərər deyil, olduqca praktiki zərərdir. Əgər Ermənistanın BCM ilə əməkdaşlığı həqiqətən də hansısa beynəlxalq normaların möhkəmlənməsinə yardım etsəydi, yəqin ki, bunu başa düşmək, alqışlamaq olardı. Lakin bu ”psevdo məhkəmə"nin iki onillik iş təcrübəsi bunun əksindən xəbər verir. BCM həll etməyə çalışdığı heç bir münaqişənin həllinə kömək etməyib. Dəstək və əməkdaşlığa dair bəyanatlar sadəcə olaraq bu qondarma məhkəməni yeni avantüralara sövq edir", - deyə Zaxarova rəsmi İrəvanın beynəlxalq hüquq normalarını möhkəmləndirmək məqsədi ilə BCM ilə əməkdaşlığa hazır olmasına münasibət bildirərkən deyib.

Xarici işlər naziri Ararat Mirzoyan bu ilin martında ilk dəfə BCM-nin iclasında yeni üzv dövlətin təmsilçisi olaraq iştirak edəcək. BCM Rusiyanın prezidenti və uşaq ombudsmanı, habelə İsrailin baş naziri və keçmiş müdafiə naziri haqda həbs orderləri verib, axtarış elan edib. Üzv dövlətlər onları həbs etməyə borcludur. Zaxarovadan açıqlama gəldiyi gündə İrəvan Moskva əleyhinə demarş edib. Baş nazir Nikol Paşinyan Ermənistanın KTMT-yə qayıdışının artıq geridönməz xarakter aldığını söyləyib. Sitat: “Biz demişik ki, KTMT-nin fəaliyyətində iştirakımızı dondururuq. Bu o deməkdir ki, biz heç bir sənədin müzakirəsində iştirak etmirik. Biz heç bir sənədə veto qoymuruq, çünki mahiyyət etibarı ilə özümüzü KTMT-dən kənarda hesab edirik, qoy nə istəyirlər etsinlər. Bu vəziyyət Ermənistanın KTMT-yə qayıtmasını getdikcə çətinləşdirir, hətta mümkünsüz edir. Düşünürəm ki, biz artıq geri dönmə həddini keçmişik”. Rusiay XİN rəhbəri Lavrov isə bu açıqlamaya cavab olaraq deyib ki, Ermənistan KTMT-dən çıxmaqla bağlı müraciət etməyib. Bəs BCM-də üzvlükdən geri çəkilmək mexanizmi və ya presedenti (nümunəsi) varmı? Rusiya ona “dirsək” göstərən Ermənistanı, nəhayət, cəzalandırmaq üçün hərəkətə keçə bilərmi? Mirzoyanın BCM-nin iclasında iştirakına Kreml necə təpki verəcək? 

Rusiya XİN rəhbərinin müavini Aleksandr Pankin deyib ki, Ermənistanın KTMT-yə borcu ola və onu iki il ödəməyə bilər, indi 2024-cü il üçün borc var, müddəti 2025-ci ilin sonunda başa çatacaq. “Ermənistan bu borcu iki il ödəməyə bilər. Əlavə müvafiq qərarlar qəbul ediləcək. KTMT-nin istənilən üzvü borclana bilər. Elə hallar olub ki, başqa ölkələr də borclanmağa məcbur olub”, - o bildirib.

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

Xəyal Bəşirov

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, bu prosesin sonu Ermənistan üçün ağır nəticələnəcək. Siyasi şərhçi hesab edir ki, Moskva gec-tez İrəvanı bu demarşlarına görə cəzalandıracaq. “Çünki Ermənistan hakimiyyəti 6 il ərzində bir sıra addımları ilə Kremli qəzəbləndirib: istər ”Zvartnots" aeroportundan rus sərhədçilərin çıxarılması, istər Avropa Birliyinin “müşahidə missiyası”nı sərhədə yerləşdirməsi, habelə, KTMT-dən və Rusiyanın təşkil etdiyi tədbirlərdən imtina etməsi, o cümlədən, ABŞ-la bir təlimlər keçirilməsi Kremlin əsəblərini tarıma çəkib: “ Amma Paşinyan hakimiyyətinin cəzalandırılması gecikir. Buna səbəb Rusiyanın taleyinin Ukraynada həll olunmasıdır. Fikrimcə, bu düyün çözülmədikcə, Putin Ermənistana toxunmayacaq”, - deyə X.Bəşirov belə qiymətləndirir. Analitikin sözlərinə görə, Rusiya Yaxın Şərqdə də mübarizə aparır, amma əsas diqqəti Ukraynaya fokuslayıb: “Bu böhranı öz xeyrinə həll etdikdən sonra Ermənistanla haqq-hesab çürüdəcək. Ermənistan sərhədlərin təhlükəsizliyi, enerji, iqtisadi amillər baxımdan Rusiyadan tamamilə asılıdır. Ona görə də Kreml narahat deyil və bilir ki, İrəvan əlinin içindədir. Bu mənada, Ukrayna münaqişəsi başa çatdıqdan sonra Ermənistanla bağlı cəza tədbirləri görüləcək”. 

“Bəs hansı cəza tədbirləri görülə bilər?” sualına cavab verən siyasi şərhçi hesab edir ki, Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur ediləcək: “İlk növbədə KTMT ilə bağlı nizamnamə tələblərini yerinə yetirmədiyi üçün təzyiqlər artırılacaq, həmçinin, Paşinyan hakimiyyəti sıxma-boğma ediləcək, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı tələblər sərtləşəcək. Hərçənd, erməni baş nazir Moskvada velosiped sürərək təhlükəsizliyini Rusiyaya etibar etdiyini mesaj vermişdi. Amma Rusiya onun ”göz yaşlarına" inanmır və bilir ki, bütün hərəkətlərinə rəğmən, Nikol qərbyönümlüdür. Ona görə Ermənistanda rusyönümlü iqtidarın qurulması üçün addımların atılmasına başlanacağı istisna deyil. Hətta Ermənistandakı rus hərbi bazası da prosesdə rol oynaya bilər. Paşinyanın hakimiyyətdən nəinki getməsi, hətta həbsi belə mümkündür, Saakaşvilinin aqibəti kimi..."
“Yeni Müsavat”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.216770