“Rusiya! Ermənistandan rədd ol!”— Putinin səfəri ərəfəsində İrəvanda mitinq keçirildi – VİDEO

2022-11-23 10:16:00

“Rusiya! Ermənistandan rədd ol!”— Putinin səfəri ərəfəsində İrəvanda mitinq keçirildi – VİDEO

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İrəvanda KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) sammiti ərəfəsində antirusiya mitinqi keçirilib.

Sosial şəbəkələrdə dünən İrəvanda keçirilən antirusiya nümayişinin videosu yayılıb. Təsvirlərdə etirazçıların əllərində Fransa, ABŞ, Ukrayna bayraqlarını görmək olur. Aksiya iştirakçıları “Rusiya! Ermənistandan rədd ol!”, “Rusiya – düşməndir!”

Xəbər verdiyimiz kimi, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dünən İrəvana gedib. Bu gün isə Rusiya Prezidenti Vladimir Putin ilə belarusiyalı həmkarı Aleksandr Lukaşenkonun Ermənistana səfərləri planlaşdırılıb. Putinin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüş keçirmək niyyətində olduğu da bildirilir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.080183