Rusiya Ermənistana Sunikdə konsulluğun açılması ilə bağlı müraciət etməyib

Rusiyanın Ermənistandakı səfirliyinin mətbuat xidmətindən "Sputnik Ermənistan"a verilən məlumata görə, səfirlik vasitəsilə Ermənistan tərəfinə Sünik rayonunda konsulluğun açılması ilə bağlı heç bir müraciət daxil olmayıb.
Bundan əvvəl “Joxovurd” qəzeti İranın Sünikdə baş konsulluğunun açılışından sonra Rusiya səfirliyinin də bu sahədə diplomatik nümayəndəlik açmaq istəyini ifadə etdiyini yazıb. İddialara görə, Rusiya bu niyyətlərini müxtəlif kanallarla Ermənistan hakimiyyətinə çatdırıb.
Qəzet Ermənistan XİN-dən Rusiyanın Sünikdə konsulluğun açılması məsələsi ilə bağlı Ermənistana rəsmi və ya qeyri-rəsmi müraciət edib-etməməsinə aydınlıq gətirməyi xahiş edib. Buna departamentdən cavab olaraq qeyd edilib ki, “Ermənistan Rusiyadan Sünik vilayətində konsulluğun açılması ilə bağlı rəsmi təklif almayıb”.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya