"Rusiya Ermənistana qarşı ciddi tədbirlər görməlidir"
2024-03-27 17:08:14

Hurriyyet.az xəbər verir ki, rusiyalı politoloq Sergey Markov Kremlin Ermənistana qarşı "ciddi tədbirlər" görməli olduğunu bildirib. Siyasətçi öz "Teleqram" kanalında yazıb: "Ermənistan KTMT-nin Parlament Assambleyasının Krokusdakı terror aktını pisləyən bəyanatına qoşulmadı. Bunu təşkilatdakı fəaliyyətini dondurması ilə izah etdi. Bəlkə Rusiya artıq daha ciddi tədbirlər görməli və bunun "öz-özünə sağalacağı" fikrindən daşınmalıdır?"
Hürr Tərcüman
