Saat:03:33
Haqqımızda

Rusiya Ermənistana qadağa qoydu

2023-11-25 22:58:36

Rusiya Ermənistana qadağa qoydu

Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarını daşıyan yük maşınlarının “Yuxarı Lars” keçid məntəqəsindən keçməsinə icazə vermir.

Bu barədə erməni mediası yazıb.

Bildirilir ki, səbəb kimi fitosanitar standartların pozulması göstərilir.

Erməni ekspertlər isə bunun “siyasi” olduğunu iddia edirlər. Qeyd edilir ki, xeyli ixracatçı bu gün çətinliklə üzləşib, alma, çiyələk, balıq məhsulları, hətta it yemi geri qaytarılıb.

Qeyd edək ki, Yuxarı Lars yolunun hava şəraiti ilə əlaqədar yük maşınları üçün bağlandığı haqda məlumat yayılmışdı. \\Ölkə.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR