Saat:17:43
Haqqımızda

Rusiya Ermənistana nota verdi – “Rusiyanın xeyrinə danışmaq lazım gələndə dilavər Paşinyan susquna çevrilir”

2022-08-17 15:32:00

Rusiya Ermənistana nota verdi – “Rusiyanın xeyrinə danışmaq lazım gələndə dilavər Paşinyan susquna çevrilir”

“Sürməli” yanğınını ruslar törətməyib, Ermənistan hökuməti bu xəbərlərin qarşısını alsın

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın İrəvandakı səfirliyi avqustun 17-də Ermənistan Xarici İşlər Nazirliyinə nota təqdim edib. Ermənistan mətbuatında yayılan xəbərlərdə bir neçə gün bundan əvvəl İrəvandakı “Sürməli” bazarında baş vermiş partlayışda Rusiya qurumlarının əli olduğunun bildirilməsi rəsmi Moskvada hiddətlə qarşılanıb və nota verilməsinə səbəb olub. Bu barədə açıqlamanı Rusiyanın Ermənistandakı səfirliyinin mətbuat xidməti verib: “Avqustun 14-də “Sürməli” Ticarət Mərkəzi ərazisində baş vermiş faciədə əli olduğu ilə bağlı Rusiya strukturlarının ünvanına yalan və təhqiramiz ittihamlardan ibarət abırsız tullantıların yerli informasiya məkanında çalxalanması bizi hiddətləndirir”.

Səfirlik bu məlumatları Moskva ilə İrəvanın arasını vurmağa çalışan siyasi qüvvələrin təxribatı hesab edir. Səfirlik onu da qeyd edir ki, Rusiya tərəfi Ermənistan rəhbərliyindən bu cür qeyri-dost halların qarşısının alınmasını gözləyir.

Bəlli olduğu kimi, ötən bazar İrəvanın “Sürməli” Ticarət Mərkəzində partlayış və ardınca yanğın baş verib, nəticədə 16 nəfər ölüb, 62 nəfər yaralanıb, 18 nəfər itkin düşüb. Bu gün ölkədə ikigünlük matəm elan edilib.

Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov bununla bağlı “Feysbuk” səhifəsindəki açıqlamasında yazıb: “Avqustun 14-də İrəvandakı bazarda baş verən yanğında Rusiyanın əli olduğu ilə bağlı erməni mətbuatında səsləndirilən ittihamlarla əlaqədar Rusiyanın Ermənistandakı səfirliyi Ermənistan XİN-ə etiraz notası təqdim edib. Paşinyan isə Ermənistanda Rusiyaya qarşı bu yalançı hücumların qarşısını almır. Paşinyan ümumiyyətlə, Rusiyanın xeyrinə nə isə yaxşı bir söz söləmək lazım gələndə həmişə susur. Ümumiyyətlə, dilavər adamdır. Lakin Rusiyanın xeyrinə danışmaq lazım gələndə Paşinyan susqundur”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR