Saat:04:48
Haqqımızda

Rusiya Ermənistan parlamentindən spiker A.Simonyanın çıxışı ilə bağlı açıqlama tələb edir

2024-04-24 17:47:45

Rusiya Ermənistan parlamentindən spiker A.Simonyanın çıxışı ilə bağlı açıqlama tələb edir

Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin başçısı Qriqori Karasin yuxarı palatanın sədri Valentina Matvienkonun tapşırığı ilə Ermənistan parlamentinə məktub yazıb. Məktubda Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiya əleyhinə bəyanatlarından narazılıq bildirilib. Bu barədə açıqlamanı RF parlamentinin yuxarı palatasının mətbuat xidməti verib.
Krasinin Ermənistan parlamentinə göndərdiyi məktubda deyilir: "Xahiş edərdim, Ermənistan parlamentinin spikerinin adı çəkilən tədbirdə kimin adından çıxış elədiyini aydınlaşdırasınız, həmçinin onun verdiyi qiymətin Rusiya Federasiyası ilə Ermənistan Respublikasının müttəfiqlik münasibətlərinə və xalqlarımız arasındakı çoxəsrlik dostluq bağlarına nə dərəcədə uyğun olduğunu xəbər verəsiniz".
Məktubda bildirilir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyanın aprelin 22-də, İspaniyada Avropa İttifaqı ölkələrinin parlament başçılarının iclasındakı çıxışı "Rusiya ictimaiyyətində çox mənfi reaksiya doğurub". 
Karasin yazıb: "Seçicilərimizdən aldığımız çox sayda müraciətlərdə xahiş olunur ki, A.R.Simonyanın açıq-aşkar Rusiya əleyhinə çıxışlarının Ermənistan parlamentinin rəsmi mövqeyini əks edib-etmədiyi aydınlaşdırılsın".
Federasiya Şurasının mətbut xidməti məktubun diplomatik kanallar vasitəsilə göndərildiyini bildirib.
Karasin özü Simonyanın Rusiya ilə bağlı çıxışı ilə bağlı belə deyib: “Biz Rusiyanın “işğal etməsi”, eləcə də “Ermənistanın Ukraynanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməsi” kimi bəyanatları Kiyevdəki neonasist rejimi ilə birbaşa həmrəylik kimi qiymətləndiririk". 

Matvienko isə Simonyanın artıq bütün qırmızı xətləri keçdiyini söyləyib.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.211467