Rusiya elçisinin İrəvan səfəri - Rəsmi açıqlama verilməyib
Hurriyyet.az xəbər verir ki, "Azadlıq" radiostansiyasının məlumatına görə, Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanda səfərdədir. Məlumatda onun səfəri barəsində rəsmi informasiyanın hələ verilmədiyi bildirilir.
Xəbərdə deyilir: "Ötən həftə o, Ermənistanın bir məqamda Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi arasında seçim etməli olacağını, eyni zamanda hər iki ittifaqda qalmağın mümkün olmadığını bildirmişdi."
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin də dünən Rusiya tərəfinin "Tramp Yolu" təşəbbüsünün parametrləri və Moskvanın mümkün iştirakı ilə bağlı İrəvanla məsləhətləşmələrə hazır olduğunu bildirmişdi.
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan isə bu açıqlamanın cavabında Rusiya ilə "Tramp Yolu" layihəsində iştirakla bağlı heç bir müzakirə aparılmadığını deyib.
Hürr Tərcüman
