“Rusiya dövlət çevilişi cəhdi bəhanəsi ilə Ukraynaya müdaxilə edə bilər”

2022-01-14 17:14:00

“Rusiya dövlət çevilişi cəhdi bəhanəsi ilə Ukraynaya müdaxilə edə bilər”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Rusiyanın bir bəhanə uyduraraq, Ukraynaya müdaxilə edə biləcəyindən danışıb. Onun fikrincə, bu bəhanə dövlət çevilişi cəhdi ola bilər.

Sallivan Ağ Evdə keçirilən brifinq zamanı deyib: “Bizim kəşfiyyat xidmətimizdə olan informasiyaya görə, Rusiya Ukraynaya müdaxilə eləmək üçün sabotaj və informasiya əməliyyatları da daxil olmaqla, bəhanələr üzərində işləyir. Onlar Ukraynanı Ukraynanın şərqindəki Rusiya qüvvələrinə hücumda ittiham edə bilərlər. Biz 2014-cü ildə bunun şahidi olmuşuq”.

Hürr Tərcüman