Rusiya Donetsklə Luqanskdan vaz keçəcəkmi?
2025-12-04 12:52:33
Hurriyyet.az xəbər verir ki, RF Prezidenti Vladimir Putin "India Today" əməkdaşı ilə müsahibəsində istənilən halda, "hərbi və ya digər yolla" Moskvanın Ukraynanın Donetsk və Luqansk vilayətlərinə sahib olacağını bəyan edib.
Onun sözlərinə görə, Amerikanın təmsilçiləri Stiven Vitkoff və Cared Kuşenr ilə görüşünün vaxtının çox uzanmasının səbəbi sülh təkliflərinin hər bir maddəsini müzakirə etmələri olub.
Putin deyib: "Tərəflərin konsensusa gəlməsinə nail olmaq - asan məsələ deyil. Prezident Tramp Rusiya-Ukrayna münasibətlərinin nizamlanması üçün razılaşma əldə etmək yollarını axtarır, lakin bu, həqiqətən də çətindir".
Hürr Tərcüman
