Saat:00:59
Haqqımızda

Rusiya Donetsk istiqamətində hücuma keçdi

2022-05-20 10:14:00

Rusiya Donetsk istiqamətində hücuma keçdi

Rusiya Donetsk istiqamətində hücum əməliyyatlarını gücləndirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Rusiya təmas xəttinin bütün istiqamətlərindən minaatan, top artilleriyası, reaktiv yaylım atəş sistemləri və operativ-taktiki aviasiya vasitəsilə çoxsaylı zərbələr endirir.

Qeyd edək ki, Donetsk vilayət administrasiyasının rəhbəri Pavel Kirilyenko Ukrayna ordusunun Donetsk vilayətindəki yaşayış məntəqələrinin birini rus ordusundan azad etməsi barədə məlumat yaymışdı.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR