Saat:18:55
Haqqımızda

Rusiya donanmasının iki hərbi gəmisi Bakıda - FOTO

2021-09-18 16:04:00

Rusiya donanmasının iki hərbi gəmisi Bakıda - FOTO

usiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Həştərxan” və “Anatoli Qujvin” hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə sentyabrın 18-də Bakıya gəliblər.

Müdafiə Nazirliyindən Hurriyyet.az-a verilən məlumata görə, səfər çərçivəsində gəmi heyətlərinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbulu, eyni zamanda iki ölkənin hərbi donanmaları arasında hərbi əməkdaşlığın müzakirə edilməsi nəzərdə tutulub.

Bundan başqa mədəni və tarixi abidələrlə tanışlıq üçün gəmi heyətlərinin Bakı şəhərində gəzintisi, o cümlədən voleybol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər sentyabrın 20-dək davam edəcək.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR