Saat:18:07
Haqqımızda

Rusiya diplomatına 5 gün möhlət verildi

2023-03-24 14:59:00

Rusiya diplomatına 5 gün möhlət verildi

Hurriyyet.az xəbər verir ki, Estoniyanın Xarici İşlər Nazirliyi rusiyalı diplomatı arzuolunmaz şəxs elan edərək ölkədən qovmağı qərara alıb. Bu barədə açıqlamanı Estoniya XİN mətbuat xidməti verib.

Açıqlamada deyilir: “Estoniyanın Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq, diplomatik korpusun əməkdaşının persona non qrata elan edildiyi barəsində diplomatik notanı ona təqdim edib”.

Diplomata ölkədən çıxmaq üçün 29 mart tarixinə qədər möhlət verilib. Diplomat ölkənin konstitusiya quruluşuna və təhlükəsizliyinə qarşı təbliğat aparmaqda ittiham edilir.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR