“Rusiya dayanıb, Ukrayna əks-hücuma hazırlaşır” – NATO-dan açıqlama

2022-08-04 21:18:00

“Rusiya dayanıb, Ukrayna əks-hücuma hazırlaşır” – NATO-dan açıqlama

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq vətəni Norveçdə səfərdə olarkən etdiyi çıxışında Ukrayna ordusunun cavab zərbələri endirmək və öz torpaqlarını qaytarmaq qabiliyyətini nümayiş etdirdiyini söyləyib.

Stoltenberq Rusiya-Ukrayna müharibəsində NATO-nun qarşısında iki vəzifə olduğunu söyləyib: Ukraynanı dəstəkləmək və münaqişənin NATO ilə Rusiya arasında tammiqyaslı müharibəyə çevrilməsinə yol verməmək.

Onun sözlərinə görə, NATO-nun iyun ayında Madirddə keçirilən sammitində NATO-nun bütün üzvləri Ukraynanı lazım olduğu qədər dəstəkləmək barəsində razılaşıblar.

Stoltenberq deyib: “Biz indi gücdən düşənə qədər aparılan amansız və qanlı müharibənin şahidiyik. Rusiyalıların irəliləməsi yenidən dayanıb. Ukraynalılar isə cavab zərbələri endirmək və əraziləri qaytarmaq bacarıqlarını göstərdilər, cənubda əks-hücuma keçməyi planlaşdırırlar”.

Stoltenberq qeyd edib ki, NATO ölkələri Ukraynanı dəstəkləməyin bahasını ödəyirlər. Lakin bu dəstəyin bahası pulla ölçüldüyü halda, Ukrayna öz mübarizəsinin bahasını insan həyatları ilə ödəyir.

Qeyd edək ki, bu günlərdə Yens Stoltenberq ilə Vladimir Zelenski Ukraynaya hərbi dəstəyin prioritetlərini müzakirə ediblər.

Hürr Tərcüman

“Rusiya dayanıb, Ukrayna əks-hücuma hazırlaşır” – NATO-dan açıqlama


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058149