Saat:18:23
Haqqımızda

“Rusiya bu prosesə artıq yeni insanları cəlb etməyə çalışır” - QULAMHÜSEYN ƏLİBƏYLİ

2025-11-26 18:21:05

“Rusiya bu prosesə artıq yeni insanları cəlb etməyə çalışır” - QULAMHÜSEYN ƏLİBƏYLİ

“Bu, təsadüfi deyil. Mən hesab edirəm ki, başqa dövlətin təsir altında baş verən bir məsələdir. Ümimiyyətlə, son dövrlərdə Rusiyanın buradakı şərti olaraq “5-ci kolon”u adlanan kolonun sıradan çıxarılması prosesi gedir”. 

Bu sözləri Hurriyyet.az-a keçmiş deputat, hüquqşünas Qülamhüseyn Əlibəyli SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin saxlanılması ilə bağlı fikirlərini bölüşərkən deyib.
Q. Əlibəylinin sözlərinə görə, Rusiya bu prosesə artıq yeni insanları cəlb etməyə çalışır: “Yəni köhnə insanların sıradan çıxması ilə faktiki razılaşsa da, başa düşür ki, onları yenidən siyasətə cəlb etmək mümkün olmayacaq. Ona görə də yeni insanları cəlb etmək istəyir. Bilirsinz ki, İmişlidə də belə bir hadisə olmuşdu. Sadəcə olaraq, bu, Rusiyanın bir növ xəbərdarlığı kimi nəzərdən keçirilməlidir. Çünki nəzərə alsaq ki, son dövrlərdə artıq həm Rusiyanın siyasətçiləri, həm də rəsmi şəxsləri guya, Qarabağ məsələsinin bitmədiyini, Rusiyanın Ukraynada müharibəni bitirəndən sonra Azərbaycanla da məşğul olacağını bildirməsi o deməkdir ki, Rusiya hələ də Cənubi Qafqazdan, xüsusən də Azərbaycandan əl çəkmir. Amma onun təsir imkanları zəifdir. Görürsünüz ki, 2-3 nəfərdən istifadə etmək imkanına malikdirlər”.
“Düzdür, orada konkret olaraq hansısa bayraqla gəzməyə çıxmaq, o cümlədən SSRİ bayrağı ilə gəzməyə çıxmaq qanunala qadağan olunmayıb. Yəni Cinayət Məcəlləsinə görə, o konkret olaraq cəzalandırılmalı əməl deyil. Amma əgər sübut olunursa-mənə elə gəlir ki, müəyyən məlumatlar var-onlar başqa dövlətin tapşırığı ilə ölkə daxilində qarışıqlıq salmaq istəyirlərsə, onda  artıq  kütləvi iğtişaş, qarışıqlıq yaratmaq cəhdinə görə, cinayət işi qaldırılıb, baxıla bilər. Bu vaxta qədər də Azərbaycanda SSRİ yazılmış paltarlarla gəzən adamlar var idi. Amma o adamların heç biri qayda pozmurdular, öz-özlüyündə bu, qayda pozuntusu deyil. Amma o, qayda pozursa, mütəşəkkil şəkildə başqa dövlətin tapşırığı ilə olursa,  hesab edirəm ki, düzgün olaraq  cinayət işi açılıb araşdırılmalıdır”,-deyə Q.Əlibəyli qeyd edib.
CAVİD