Rusiya bu ölkələri "ələ keçirmək" üçün HƏRƏKƏTƏ KEÇDİ: Putinin ŞOK PLANI...
Rusiya Prezidenti Vladimir Putin “beynəlxalq layihələr” fondunun yaradılması haqqında fərman imzalayıb. Yeni fondun məqsədləri rəsmi şəkildə beynəlxalq əməkdaşlığı genişləndirmək kimi göstərilsə də, siyasi analitiklər bu addımın arxasında daha ciddi geosiyasi niyyətlərin dayandığını bildirirlər. Maraqlıdır, Rusiyanın “beynəlxalaq layihələr” fondu yaratmasının əsas geosiyasi motivləri nələrdir?
Mövzu ilə bağlı Konkret.Az-a açıqlama verən Azad Vətən Partiyasının sədri Akif Nağı deyib ki, Rusiya müxtəlif ölkələrdə təsir gücünü qorumaq və ya bərpa etmək üçün fərqli alətlərdən istifadə etsə də, artıq mövqelərini sürətlə itirir:
“Rusiyanın mövqeyi hər yerdə zəifləyir. Ona görə də Kreml düşünür ki, təsir imkanlarını hansı formada bərpa etsin. ABŞ-la əməkdaşlıq xəttini də buna görə seçirlər. Amerika Rusiyanın tam çökməsini istəmir, çünki bunu öz maraqlarına uyğun saymır”, – deyə A.Nağı bildirib.
Partiya sədrinin sözlərinə görə, fondun yaradılması Moskvanın təsir agentlərini maliyyələşdirmək və yeni şəbəkələr qurmaq cəhdi ola bilər:
“Ola bilər ki, bu fond Rusiyanın marağında olan ölkələrdə casus şəbəkəsinin yenilənməsinə xidmət etsin. Çünki bir çox ölkələrdə, o cümlədən Azərbaycanda rus təsir dairələri ifşa olunub və zərərsizləşdirilib. Kremlin yeni formada, daha gizli şəbəkə yaratmaq cəhdləri mümkündür.”
A.Nağı əlavə edib ki, Rusiyanın maliyyə vəziyyəti ağır olsa da, Kreml hələ də postsovet məkanında nüfuzunu bərpa etmək xəyalından vaz keçmir:
“Neçə illərdir deyilir ki, Putin SSRİ-ni bərpa etmək istəyir. Rəsmi olaraq bunu təkzib etsələr də, Moskvanın daxilən bu ideyadan uzaqlaşmadığı görünür. Amma bu layihənin də növbəti dəfə iflasa uğrayacağı ehtimalı böyükdür.”
Onun fikrincə, “beynəlxalq layihələr” fondu Rusiyanın geosiyasi rəqabətdə itirdiyi mövqeləri geri qaytarmaq cəhdi olsa da, real nəticə verəcəyi gözlənilmir.
Müşviq Tofiqoğlu

