Saat:12:26
Haqqımızda

Rusiya bu ölkələrdən gələnlərin girişini MƏHDUDLAŞDIRACAQ

2021-11-26 23:12:00

Rusiya bu ölkələrdən gələnlərin girişini MƏHDUDLAŞDIRACAQ

Rusiya noyabrın 28-dən etibarən Honq Konqdan və Afrikanın cənubundakı bir sıra ölkələrdən əcnəbilərin ölkəyə girişini məhdudlaşdıracaq.

Bu barədə yeni koronavirus infeksiyası ilə mübarizə üzrə Rusiya federal operativ qərargahda jurnalistlərə məlumat verilib.

Hazırda Rusiya 77 ölkə ilə uçuşları bərpa edib. Dekabrın 1-dən isə daha 5 ölkə ilə uçuşlar açılacaq. Tanzaniya ilə hava nəqliyyatı 15 aprel 2021-ci ildən dayandırılıb.

Cənubi Afrika, Çin, İsrail və Böyük Britaniyadan gələn rusiyalılar sürətli koronavirus testindən keçəcəklər.

Həmçinin Azərbaycandan gələn Rusiya vətəndaşları da yeni koronavirus infeksiyasına görə ekspress testdən keçəcəklər.

Qərargah qeyd edib ki, Rusiyada istifadə olunan koronavirus üçün test “B.1.1.529”un yeni versiyasını aşkar edir. \\Manşet.az 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR