Saat:09:14
Haqqımızda

Rusiya: Bu missiya Azərbaycana qarşı fəaliyyət göstərir

2024-05-15 12:02:55

Rusiya: Bu missiya Azərbaycana qarşı fəaliyyət göstərir

AB missiyası Ermənistanın qonşuları olan Rusiya, Azərbaycan və İrana qarşı getdikcə daha çox iş görür və açıq şəkildə təxribat xarakterli fəaliyyətlər həyata keçirir.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Missiya açıq-aşkar təxribat xarakterli fəaliyyət göstərir, tam şəkildə antirusiya təbliğatı ilə məşğuldur: Ermənistan cəmiyyətində AB-nin İrəvan üçün “təhlükəsizlik və rifah mənbəyi” olması barədə yanlış fikirlər aşılayır, getdikcə antiazərbaycan və antiiran vəziyyətini alır. Uzunmüddətli regional təhlükəsizliyin, sabitliyin və sosial-iqtisadi inkişafın təmin edilməsi vəzifələrindən danışırıqsa, o zaman qərblilərin regionu hərbiləşdirməsi, AB və NATO-nun oradakı hərbi-siyasi təsirini genişləndirmək planları buna tamamilə ziddir”, - o bildirib.

Diplomat qeyd edib ki, Rusiya Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tamamilə açılmasının tərəfdarıdır:

“2021-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin qərarı ilə üç ölkənin baş nazir müavinlərinin birgə sədrliyi ilə yaradılmış üçtərəfli işçi qrupu məhz bunu edir. Qərb ölkələrinin təzyiqi ilə İrəvan bu yolda da üçtərəfli əməkdaşlığı dondurmaq qərarına gəlib”.

axar.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.229204